İDMAN


Türkiyənin “Fənərbağça” komandası UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib

Bakı, 12 avqust, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, növbəti oyun günündə daha altı cavab qarşılaşması keçirilib.

Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən Türkiyə təmsilçisi pley-off mərhələsinə yüksəlib.

Türkiyə komandası ilə yanaşı, Finlandiyanın HİK, İsveçrənin “Sürix”, İsveçin "Malmö", Yunanıstanın "Olimpiakos" və Kiprin AEK klubları rəqiblərindən üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb.

Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.