ELM VƏ TƏHSİL


Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri BDU-da seminar keçirib

Bakı, 11 avqust, AZƏRTAC

Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri Fahrettin Özcan Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün biotexnologiya sahəsində ən son yeniliklərə, biotexnologiyanın tibb, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində tətbiqinə dair seminar keçirib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarda fundamental elmin sənayedə tətbiqi, innovasiyaların kommersiyalaşdırılması istiqamətindəki mərhələlər geniş müzakirə edilib. PCR texnologiyasının tibb, qida təhlükəsizliyi və kənd təsərrüfatında istifadəsi haqqında ətraflı məlumat verilib. DNA və protein əsaslı diaqnostik dəstlərin müqayisəli təhlili aparılıb.

Eyni zamanda, biotexnologiya sahəsində startap şirkətlərin texnopark imkanlarından istifadəsinin faydaları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.