QAN YADDAŞI


Türkiyənin Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım edib

İstanbul, 26 fevral, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsindəki sosial media hesabında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım edilib.

AZƏRTAC xəbər verir ki, paylaşımda bildirilir: “28 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən soydaşlarımızı rəhmətlə yad edirik. “Bir millət, iki dövlət” deyərək azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə olmağa davam edəcəyik və bu qətliamı törədənləri unutmayacağıq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.