MƏDƏNİYYƏT
Türkiyənin Nevşehir Universitetinin rektoru Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da Türkiyənin Nevşehir Universitetinin rektoru, professor Filiz Kılıç Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycanda turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyətindən danışmışdır.
F.Kılıç universitetlər arasındakı əməkdaşlıq perspektivlərindən danışmışdır. Xüsusilə Nevşehir Turizm İdarəçiliyi və Otelçilik Kolleci ilə də əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırmışdır. O, eyni zamanda, ATİ ilə tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını bildirmişdir.
Diplomat Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Nevşehir Universitetində 6 mindən çox tələbənin təhsil aldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu təhsil müəssisəsinə 4 fakültə, 1 kollec, 3 peşə məktəbi, 2 institut, 1 elmi-tədqiqat mərkəzi daxildir.