CƏMİYYƏT


Türkiyənin Selçuk Universitetindən Azərbaycan Tibb Universitetinə kitablar hədiyyə olunub

Bakı, 26 fevral, AZƏRTAC

Türkiyənin Selçuk Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinə (ATU) 30 kitab hədiyyə olunub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin kitablar universitetdə yeni tədris olunmağa başlanılan tibb bacısı ixtisası ilə bağlı dərs proqramını əhatə edən dərsliklərdir. Tibb Universitetində tədris prosesinə böyük töhfə olan həmin kitablar tələbələrin istifadəsi üçün universitetin kitabxanasına verilib.

Qeyd edək ki, Selçuk Universiteti ilə ATU arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair memorandum hazırlanacaq. Bu barədə bir müddət əvvəl iki ali məktəbin rəhbərliyi arasında keçirilən onlayn görüş zamanı razılıq əldə olunub. Gələcəkdə iki ali məktəb atasında tələbə, rezident və müəllim mübadilələrinin aparılması, müştərək elmi işlərin və qarşılıqlı layihələrin icrası planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.