DÜNYA


Türkiyənin ilk mini peyki fəzaya buraxılıb

İstanbul, 13 yanvar, AZƏRTAC

Türkiyənin ilk mini peyki - “Grizu-263A” Ankara vaxtı ilə saat 18:25-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan uğurla fəzaya buraxılıb.

AZƏRTAC xəbər verir ki, ölçüləri baxımından cib peyki adlandırılan cihaz Türkiyənin Zonquldak vilayətinin Bülent Ecevit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlanıb. Peyk “Space X” şirkətinin “Falcon 9” raketi ilə orbitə göndərilib.

Peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.