ORDU
Türkiyənin milli müdafiə naziri: Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları gec-tez azad ediləcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları gec-tez azad ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Canikli sentyabrın 28-də jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ işğaldan azad olunmalıdır. Bu torpaqlar gec-tez Ermənistanın işğalından azad ediləcək.
Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan nazir deyib: “Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də səylərimizi birləşdirməliyik”.