DÜNYA
“Türkmengaz” TAPI kəməri üçün Rusiyadan 150 min ton boru alıb
Aşqabad, 9 aprel, AZƏRTAC
Türkmənistanın “Türkmengaz” dövlət konserni Rusiyanın “Çelyabinsk Boru-Prokat Zavodu” ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisində 150 min ton böyük diametrli borulardan istifadə olunacaq.
Müqavilənin dəyəri 200 milyon ABŞ dollarından çoxdur və ilk borular bu ilin ikinci rübündə çatdırılacaq. Bu borular TAPI qaz kəmərinin Türkmənistan ərazisindən keçəcək 200 kilometrlik hissəsinin tikintisində istifadə olunacaq.
TAPI-nın uzunluğu 1735 kilometrdir. Boru kəmərinin 200 kilometri Türkmənistandan, 735 kilometri Əfqanıstandan, 800 kilometri Pakistandan keçərək Hindistanadək uzanacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]