CƏMİYYƏT


Türkmənistanda biyan kökündən qlisirizin istehsal etməyə başlayacaqlar

Bakı, 15 yanvar, AZƏRTAC

Türkmənistanın Türkmənabad şəhərində qlisirizin istehsal edən müəssisənin tikintisinə başlanılıb. Ölkənin Səhiyyə və Tibb Sənayesi Nazirliyinin tabeliyində olan “Biyan” kompleksinin (Lebap vilayəti) strukturunda yaradılan yeni fabrikdə biyan kökü emal ediləcək və ondan hər il 390 ton rafinə edilməmiş qlisirizin turşusu istehsal olunacaq.

AZƏRTAC ORIENT saytına istinadla xəbər verir ki, iki ildən sonra – 2024-cü ilin yanvar ayında istifadəyə verilməsi nəzərdə tutulan müəssisə ixracyönümlü olacaq. Onun təchizatında İtaliyanın “Adipson Ind. Srl” şirkəti iştirak edəcək. Biyan kökünə şirin tam verən qlisirizin turşusu virusəleyhinə fəallığı ilə seçilən iltihabəleyhinə vasitədir. Ondan müxtəlif dərman preparatlarının tərkibində, o cümlədən qaraciyər xəstəliklərinin profilaktikası və terapiyası üçün istifadə edilir.

Beynəlxalq “International Journal of Antimicrobial Agents” nəşrində Çinin Uhan vilayətindəki Xuaçjun Tibb Kollecinin həkimlərinin məlumatı dərc edilib. Onlar COVID-19 koronavirusuna tutulmuş xəstələrin müalicəsində qlisirizin turşusunun effektiv olması qənaətinə gəliblər. Elmi məqalənin müəllifləri qlisirizinin COVID-19-un müalicəsi üçün yüksək terapevtik potensiala malik olduğunu qeyd edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.