DÜNYA


Türkmənistanda nəqliyyatda məhdudiyyətlərin müddəti 2021-ci ilə qədər uzadılıb

Aşqabad, 28 oktyabr, AZƏRTAC

Türkmənistan ölkədə kəskin infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə sərnişin dəmir yolu və avtobus nəqliyyatının hərəkətinə qoyulan müvəqqəti məhdudiyyətləri 2021-ci il yanvarın 1-ə qədər uzadıb.

AZƏRTAC xəbər verir ki, “Türkmənistan Hava Yolları" COVID-19 pandemiyası və sərnişinlərin təhlükəsizliyi məqsədilə öncə ölkədaxili qatarların hərəkətini iyulun 16-dan iyulun 23-dək dayandırmışdı.

Qeyd edək ki, bundan sonra “Türkmənistan Hava Yolları" bütün beynəlxalq reysləri avqustun 31-dək, “Türkmənistan Dəmir Yolları" Agentliyi qatarların hərəkətini isə iyulun 31-dək müvəqqəti olaraq dayandırmışdı.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.