ELM VƏ TƏHSİL


“Türkologiya” jurnalının ikinci nömrəsi nəşr olunub

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun AZƏRTAC-a verdiyi məlumata görə, yeni nömrədə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir və Monqolustan alimlərinin məqalələri yer alıb.

Beynəlxalq elmi jurnalın bu sayında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və etnoqrafiya”, “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.