Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Türkün səsi və sözü Özkan Hüseyn”in işığında

Bakı, 17 oktyabr, AZƏRTAC

Böyük ideallar, amallar uğrunda mübarizə aparmaq, mənsub olduğu xalqın, millətin varlığını, kimliyini özünün əməli fəaliyyətilə tarixdə yaşatmaq da bir qəhrəmanlıqdır. Belə bir müqəddəs vəzifənin daşıyıcısı olan mücahidlər bütün zamanlarda xalq tərəfindən böyük ehtiramla qarşılanıb. Əslində məsləki yolunda dönməz əqidəsi, hünəri və iradəsi ilə yana-yana yaşayanlar bu mübarizliyi özlərinin həyat tərzi kimi qəbul edir, hətta soydaşlarını da belə bir ruhda yaşamağa səsləyirlər. Bunun adı yurda, torpağa bağlılıqdır, millətinə sayğıdır, bütövlükdə Türkçülüyə, Turançılığa sevgidir...

İndiki məqamda qəhrəman, mücahid deyərkən Onu – böyük amallarla yaşayan Turan sevdalısı Özkan Hüseyni nəzərdə tutdum... İllərdir ürəyində əbədi məşəl kimi alışıb-yanan “Batı Trakya” dərdi, ağrıları ilə yaşayan, şair, ozan, könüllü araşdırmaçı kimi bütün Türk dünyasını, eləcə də bir çox Avropa ölkələrini gəzən millətdaşımız mübarizə yollarından bəhs edən kitabları ilə Azərbaycanda da tanınır və sevilir. O, dəfələrlə Bakıda olmuş, bir çox ədəbiyyat, mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə məsləki yolunda apardığı mübarizədən bəhs edərək, öz düşüncələrini bölüşüb. Özkan Hüseyn ölkəmizə hər gəlişində sənətsevərlər tərəfindən böyük coşqu və məhəbbətlə qarşılanıb. Ədəbi məclislərdə Batı Trakya türklərinin mədəniyyət dərnəkləri haqqında bilgi verir, bu dərnəklərin fəaliyyətlərindən danışır. Eləcə də doğulduğu Batı Traykanın aydın sabahları naminə ideoloji savaşlarından bəhs edən Özkan bəy, Türkçülük, Turançılıq amalı ilə ruhdaşımız olduğundan böyük sevgimizi qazanmış, doğmamıza çevrilmişdir.

Etiraf edim ki, indiyədək onun haqqında sısqa bir məlumata malikdim və bu türk oğlunu, “Batı Trakya Türkləri Araşdırma Mərkəzi”nin başqanı Özkan Hüseyni yaxından tanımamışdım. Bu günlərdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Mərkəzi Kitabxanasında onunla görüşə dəvət aldığımdan fürsəti qaçırmadan böyük həvəslə həmin tədbirə qatıldım. Özkan bəyin hər zamankı kimi doğulduğu yurdunun problemləri ilə bağlı sözü, söhbəti, bu yolda apardığı inadlı mübarizəsindən qor alan çıxışı, şair, yazıçı dostlarımızın ona həsr etdikləri şeirlər, mübariz insana sayğısı, “Türkün türkdən başqa dostu yoxdur” məsəlinin işığında aparılan söhbətlər möhtəşəm idi. Həmin tədbirdə diqqətimi özünün tərtibatı, sanbalı ilə göz oxşayan, üzqabığının üstündə sazı sinəsinə basmış bir ozanın şəkli olan kitab çəkdi. Mən artıq mövzumu seçdim. Düşündüm ki, Batı Trakya savaşçısı Özkan Hüseynin mübarizə yolundan, yaradıcılığından, türkçülük amalından bəhs edən bu kitabı oxuculara təqdim etmək daha maraqlı olar. Əzəl başdan deyim ki, kitabla ilk tanışlıqdan “Türkün səsi və sözü Özkan Hüseyn”in mənəvi zənginliyi, yüksəlişi və şəxsiyyətinin sanbalı ilə öndə olan qəhrəmanımızın həyat və fəaliyyətini güzgü kimi əks etdirdiyinin fərqinə vardım. Bu səbəbdən də ideya və mahiyyəti, məzmun-mündəricəsilə sanballı olan 490 səhifəlik kitabdan bəhs etməyi vacib sandım.

Nəzərə çatdıraq ki, adında ifadə olunmuş böyük mətləbi işıqlandıran belə bir mükəmməl, əhatəli kitabı tərtib edən və nəşrə hazırlayan şair-publisist, AYB-nin üzvü Şəfəq Sahibli, redaktoru isə sözlə işləməyi, onun gözəlliyini, qüdrətini duyan şair, yazıçı, AYB-nin üzvü Narıngüldür. İlk növbədə sənətkar xanımların hər birinin öz prizmasından, yaddaş işığından süzülən fikirləri ilə tanışlıq kitabın çox maraqlı bir şəxsiyyətin həyat yoluna həsr olunduğuna bizdə böyük əminlik yaratdı. Elə burdan başlayaq: Batı Trakya haradır və onun üzərinə çökmüş zülmət içində qaynayan dərd-sər nədən və hardan qaynaqlanır? Ş.Sahibli Batı Trakyanın siyasi təbəddülatlar zamanında tarixi taleyi ilə bağlı Ön söz statusunda olan girişində yazır: “1913-cü ilin 31 avqust tarixində Osmanlı ruhundan ilhamlanaraq ilk dəfə öz bağımsızlıq şərqisini oxudu “Batı Trakya Cümhuriyyəti”. Balkan savaşından sonrakı dönəmdə müsəlman əhalisi tərəfindən qurulan Batı Trakya Türk Dövləti 55 gün yaşasa da tarixdə mövcudluğunun bərpası amacıyla hələ də mücadiləsini davam etdirir...” Elə bu yığcam məlumatdan da Özkan Hüseynin məsləki, amalı, illərlə apardığı mübarizəsinin mahiyyəti aydın olur. Burada toplanmış bütün yazıların ruhundan duyduğumuz kimi, bizdə də belə bir əminlik yaranır ki, doğulduğu məkan Batı Trakyanın Sarıca kəndi olsa da, Türk dünyası Özkan Hüseynin vətəni, qibləgahıdır.

Kitaba daxil edilmiş yazılar – məqalə, esse, xatirə, müsahibə, reportaj, Uluslararası toplantılardan, konfrans və simpoziumlardan çıxışlar, şeirlər özünün çoxçeşidli olması ilə də oxucuda böyük maraq doğurur. Bir sözlə, Özkan bəy bir çox ədəbiyyat, sənət adamlarının nəzərində türkçülüyün aşiqi, təbliğçisi kimi, Batı Trakyanın mübariz təəssübkeşi olması ilə tanınan və sevilən türk oğludur.

Kitabda toplanmış yazılarda ifadə olunan fikirlər əslində qəhrəman türk oğlunun möhtəşəmlik kəsb edən mübarizliyinə millətdaşlarının sevgisinin, heyrətinin ifadəsidir. Təbii ki, Özkan Hüseyn kimi qəhrəman oğulların həyatı öz axarı ilə rəvan getmir. Mübarizələr içərisində keçən həyat necə rəvan ola bilər ki! Bu qəbildən olan insanlar öz ideyalarını toxum kimi şüurlara səpərək onun göyərdiyini görənə, səsinin, sözünün, mübariz çağırışlarının təsirini duyana qədər əzablı yollardan keçirlər. Başqa sözlə, məsləki naminə cığırdan böyük yola çıxanacan qovğalar yaşayır, lakin əqidələrindən dönmədən mübarizələrini davam etdirirlər. Bütün bunları özünün həyat yollarında yaşayan Özkan Hüseyni ümumən türk dünyasına sevdirən də məhz bu keyfiyyətləridir.

Onun ömür yoluna bələd olduqca görürük ki, Özkan Hüseyn təfəkkürinə toxum kimi səpilmiş fikirlərini, həyat yolunun ilk pilləsindən başlayaraq, bu günə qədər yaşadığı ağrılarını, Batı Trayka problemlərini, bu yolda yaratdığı dərnəklərdə, BATTAM-da gördüyü işləri tarixi ardıcıllıqla qələmə alıb. Əlbəttə, haqqında yazılmış belə bir mükəmməl topluda qəhrəmanın yeri, mövqeyi, əməli fəaliyyəti söz işığında düşüncəmizə aydınlıq gətirməsilə çox əhəmiyyətlidir.

Yazı müəlliflərinin Özkan Hüseynin tərcümeyi-halından, tale yolundan bilimləri bu qüdrətli şəxsiyyətin həyatına necə bir vurğunluqla bələd olduqlarından xəbər verir. Zənnimizcə, burda Özkan Hüseynin ömürlüyündən bəzi məqamları yada salmağımız yerinə düşər.

Özkan Hüseyn 1947-ci il ildə Batı Trakyanın Gümülcine bölgəsinin Sarıca kəndində doğulmuşdur. İlk təhsilini də elə öz kəndində alıb. O, 1972-ci ildə Almaniyaya gəlmiş, burada bir fabrikdə işə düzəlmişdir. Bundan sonra qəlbində Batı Trakya ağrılarını daşıyan türk oğlu doğma elinin, xalqının haqlarının bərpası uğrunda mübarizəyə atılmış, uzun bir yola çıxmışdır. Bu məqsədlə ilk olaraq məskun olduğu Münhendə türklərin mədəniyyət mərkəzlərinə ayaq açmış, özü də bu sahədə gördüyü işlərə imza atmağa başlamşdır. Bütün tədbirlərdə sözü, əməli ilə iştirak etmiş və böyük işgüzarlıqla bir-birinin ardınca dərnəklər, folklor, musiqi qrupları yaratmışdır. Batı Trakya Türklərinin tədbirlərində daim yanar ürəyinin ağrılarını bölüşməklə yanaşı, bir çox ideyaların təşəbbüsçüsü, rəhbəri olmuş, eləcə də Türk Dünyası qurultaylarında, konfrans və simpoziumlarda nümayəndə olaraq iştirak etmişdir. Həmişə də zamanın ona verdiyi fürsətdən yararlanaraq Batı Trakyanın dərdlərini, problemlərini mötəbər kürsülərdən hayqırmışdır. Bu gün də türk sevdalısı böyük zəhmətlərə qatlaşaraq, vətənpərvərlik eşqi ilə doğma yurdunun haqq səsini dünyaya yaydığından qürur duyur.

Özkan Hüseyn 1981-ci ildə “Batı Trakya Türkləri Ailə Birliyi” dərnəyinin təməlini qoymuş, bu xətlə böyük Turançılığa aparan yolda fəaliyyətinə davam etmişdir. Sonradan “Batı Trakya Türkləri Araşdırma Mərkəzi”ni (BATTAM) yaradan Ö.Hüseynin amalı yolunda apardığı mübarizəsində bu Mərkəzin böyük rolu olub. Şair, ozan, könüllü araşdırmaçının mərkəzin xəttilə 15 kitabı işıq üzü görüb. Yolunda sabit, əqidəsində dönməz olan Özkan bəyin bütün kitablarının mövzusu və bu mövzudan ayrılan istiqamətlər bir dastanın qolları kimi möhtəşəmdir. Başqa sözlə, kitablarının başlıca ideyası Batı Trakyadır, onun tarixinin, fəthinin, mənəvi ağrılarının, həsrətlə, nisgillə süslənmiş sözünün təsviri, vəsfidir. Burda qədim tarixə malik Batı Trakya mədəniyyətinin, folklorunun tədqiqi və təbliği istiqamətində apardığı araşdırmaları çox qiymətli məlumatlarla zəngindir. Birmənalı olaraq, Türk dünyasına qazandırdığı dəyərlərdən hesab etdiyimiz kitabları (“Batı Trakyanın fəthi tarixi: 1261-1367-ci illər”, “Batı Trakya türklərinin şeirləri”, “Batı Trakyanın mənəvi tarixi” (2 cilddə), “Uluslararası Batı Trakya Türkləri Araşdırma Mərkəzi”, “Azərbaycanda Batı Trakya”...), Özkan Hüseynin bu istiqamətdə apardığı tədqiqatları Batı Trakyanın tarixi ilə bağlı ciddi, səhih məxəzlərdən hesab olunmalıdır. Azərbaycanda Batı Trakya dərdinə dərddaşlığımızdan bəhs etdiyi “Azərbaycanda Batı Trakya” kitabı da Özkan bəyin xalqımıza qəlbən, ruhən yaxın olmasına, ölkələrimiz arasında mənəvi, mədəni bağlılığımıza parlaq bir nümunədir.

Özkan Hüseyn haqqında qələmə alınmış mətnlərin hamısı sanki nur işığında, sevgiylə yazılıb. Azərbaycan və Türkiyə türklərinin elm, sənət adamlarının sözündə, təsvirində Özkan bəyin türkçülük amalı, mübarizə yolu, el-aşıq mədəniyyət incilərinin təbliğ və tərənnümü söz-söz, varaq-varaq açılır, təqdim olunur. Bu mətnləri oxuduqca məndə belə bir fikir yaranırdı ki, müəlliflərin Özkan bəy haqqında sözü, fikri qəlblərindən işıq kimi süzülüb. Başqa sözlə, mətn onların qələmindən çox rahat, asanlıqla yazıya gəlib, yaxud da bilgisayarın yaddaşına sürətlə, birbaşa, biroturuma ötürülüb. Buna böyük İlhamı və imkanı elə Özkan bəyin zəngin, şərəfli həyat yolu, doğma yurduna, onun tarixinə, mədəniyyətinə bir Məcnun aşiqliyi verib. Bütün bunlar olmasaydı, sənətkarlar Türkçülük, Turançılıq amallı bu tutiya İnsanı belə vurğunluqla öyə bilməzdilər ki! Yazılarla bütövlükdə tanışlığımdan belə bir qənaətim də hasil oldu ki, müəlliflərin Özkan Hüseynin şəxsiyyəti, gördüyü işlər, türkçülük mövqeyi, amalı ilə bağlı deyimlərində özəlliklər olduğu kimi, üst-üstə düşən fikirlər də var. Lakin bunları təkrar kimi qəbul etmək də düzgün deyil. Əslində çoxluğun ifadə etdiyi fikirlərdəki eyniyyət qəhrəmanın məsləkinə sadiqliyi, mübarizəsində sabitqədəmliyi, qəlbində çağlayan Türkçülük, Turançılıq sevdasına inamın ifadəsi, eyni heyranlıq, məhəbbətlə yanaşılmasıdır. Təəssüf ki, müəlliflərin böyük qəlb atəşinin odunda yazdıqları ürək sözlərində ifadə olunmuş çox dəqiq, təsirli fikirlərindən ayrılıqda bəhs etmək mümkün deyil. İlk növbədə bu, onunla bağlıdır ki, Özkan bəyin fəaliyyət sahələri, gördüyü işlər çox, bunun da müqabilində təəssüratların sırası böyük və zəngindir.

Özkan Hüseyn bütün çıxışlarında həmişə şüar kimi həyəcanla bu sözləri səsləndirir: “Biz türklər hər zaman bir-birimizə sahib çıxmalıyıq! ” Bu, həm də o anlamdadır ki, türkün türkdən başqa yaxın dostu yoxdur... Azərbaycanlı və türk dostlarının məqalə və çıxışlarındakı fikirlər imkan verir ki, Özkan Hüseyni gerçəkdən bir türk ərəni olaraq, Batı Trakya savaşçısı, şair, aşıq könüllü araşdırmaçı kimi görüb tanımaqla yanaşı, yeri gəldikcə türkün böyük oğlu kimi də səciyyələndirək. Kitabda yer almış məqalə və çıxışlarda, şeirlərdə bütün növ xidmətlərinin timsalında Özkan bəyin xarakterizə olunmuş obrazı, təbiətindən doğan xüsusiyyətlər aydın və parlaq şəkildə əks olunur. Özkan Hüseyn Batı Trakya dərdləri ilə o qədər doludur ki, sözü, mübarizəsi də bitib-tükənmir. Zatən mübarizə həmişə var. Millətin yaşaması, yaratması, tarixin şanlı səhifələrində qalmasından ötrü mücahid, savaşçı daim mübarizədə olmalıdır. Özkan Hüseyn də qəlbində Batı Trakya sevgisi, yurdunun acı taleyi ilə barışmazlığı səbəbindən sinəsində sazı, səsi, sözü ilə dünyanı dolaşır. Bunun adı, amalı uğrunda mücahidlikdir. O, daim ideoloji mübarizədə, əməli fəaliyyətində, Batı Trakyanın haqqının tanınmasından ötrü, ümumən Turançılıq yolunda savaşdadır.

Qayıdaq kitabda toplanmış ədəbi-bədii nümunələr barədə mülahizələrin davamına. Bir çox yazılarda ifadə olunmuş fikirlərin təsiri çox qüvvətli olduğundan insanı düşündürür. Məsələn, Türkiyənin tanınmış şair, yazarı Günvar Kormaz onu Batı Trakyadan doğan Günəş adlandırır... Ankara Qazi Universitetinin öğretim görevlisi Yunus Zeyrek isə qəhrəmanımızı belə təqdim edir: “Özkan Hüseyn yadlaşmanın, əriyib yox olmanın vahiməsini ürəyində hiss edir və bunu yerliləri ilə paylaşmaq istəyir... Kim nə deyir desin, Batı Trakyanın sənə çox ehtiyacı var...” AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, doktor, şair Elçin Muradxanlı türkçülük sevdalısını Azərbaycanın böyük mütəfəkkirləri ilə bir sırada görür: “Özkan Hüseyn haqqında düşünərkən, yadıma XX əsrin əvvəllərində qayələri, amalları Azərbaycan olan millət fədailəri Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski gəlir. Ümumiyyətlə, Ağa bəyimiz Özkan əfəndi böyük insandır. O, türkün qürur mənbəyi, canlı özəyidir”... Özkan bəyin mübarizə yollarına heyranlığın ifadəsi olan belə dəyərli fikirlərin sırası böyükdür. Mənə görə tanınmış millətdaşlarımızın, şair və yazıçıların, sənət adamlarının Özkan Hüseynə həsr etdikləri məqalələr, çıxışlar, xatirə yazıları, şeirlər Günəşin saçdığı işığın zərrələri kimi ruhumuza qaynarlıq gətirmək gücündədir. Bu güc isə bizi Turançılığa aparan yolda qüvvəmizin birliyi deməkdir...

Kitabda deyilən sözün, fikrin əyaniliyini göstərən maddi dəlillər kimi, Özkan Hüseynin bir çox mötəbər məclislərdə, Türk dünyasının böyük şəxsiyyətləri ilə bir arada olmasını əks etdirən fotolar da ömür yolunu aydınladan gözəl vasitələr sırasındadır. Özkan bəyin ideoloji mübarizəsinə verilən dəyərlər, qazandığı təltiflər, mükafatlar, ödülləri də saya-hesaba gəlmir. Bir sözlə, onun obrazı qranitdən yonulmuş mükəmməl, möhtəşəm bir abidəni xatırladır. Gələcək nəslin həmin abidənin işığından güc alacağı mütləqdir...

Sözardı: Ürəyində bütöv Turan sevgisini yaşadan Özkan bəyin dostlarının sırası o qədər böyükdür ki, buna sevinməmək mümkün deyil. Elə bu səbəbdən də Türk dünyasının ədəbiyyat, mədəniyyət adamları, yurdsevər, sülhsevər insanlar bu qənimət insanı hər zaman hər yerdə sayğı, məhəbbətlə qarşılayır, haqqında böyük sevgi ilə danışırlar. Bütün bunlardan güc alan mücahid, dostlarının əhatəsində özünü güvənli, arxalı hesab edir. Turançılığa gedən yol Özkan Hüseyndən ötrü Məkkəyə, Mədinəyə gedən yol qədər müqəddəs və şərəflidir. Bu aydın yolda təkcə Batı Trakya deyil, bütün Turan elləri elə möhtəşəm görünür ki...

Şəfəq Nasir,

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist

AZƏRTAC

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO