DÜNYA


“Twitter” 10 mindən çox akkauntu silib

Vaşinqton, 3 noyabr, AZƏRTAC

“Twitter” şirkəti ABŞ-da aralıq seçkiləri boykot etməyə təşviq edən məlumatlar göndərən 10 mindən çox avtomatlaşdırılmış akkauntu silib. Belə akkauntlar aşkar ediləndən sonra demokratlar şirkətə şikayət göndəriblər.

AZƏRTAC xəbər verir ki, noyabrın 6-da keçiriləcək aralıq seçkilərdə ABŞ Konqresinin aşağı palatası - Nümayəndələr Palatası, habelə 100 senatordan 35-i tamamilə yenidən seçiləcək. Bundan əlavə, ştat və ərazilərin 35 qubernatoru da yenidən seçiləcək.

“Twitter”in 2016-cı ildə ABŞ prezidenti seçkilərində dezinformasiya yayan milyonlarla akkauntu sildiyini nəzərə alsaq, bu dəfə silinmiş akkauntların sayı cüzidir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşiqnton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.