MƏDƏNİYYƏT
Tyeri Qasno: Yusif Eyvazovun yaradıcılığını daim heyranlıqla izləyirəm VİDEO
Paris, 8 fevral, AZƏRTAC
Azərbaycanlı tenor Yusif Eyvazovla bağlı xoş xəbərlər məni həmişə sevindirir. Yusif Eyvazovun yaradıcılığını daim heyranlıqla izləyirəm, gözəl səs tembrinə malikdir. Onun Anna Netrebko ilə konsertlərini böyük məmnuniyyətlə dinləyirəm. Bu cütlüyü çox sevirəm.
Bu fikri Yusif Eyvazovun Paris Operasının Qavo zalında solo konsertindən sonra onun dinləyicisi Tyeri Qasno AZƏRTAC-a müsahibəsində bildirib.
“Konsertin birinci hissəsi rus dilində olduğu üçün mətni başa düşməsəm də, musiqi gözəl idi. Ancaq ikinci hissə italyan dilində olduğundan daha aydın başa düşdüm. Yusif Eyvazovun səsinə heyranam, onu çox sevirəm. O, böyük tenordur, ən gözəl mükafatlara və titullara layiqdir”, -deyə Tyeri Qasno vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris