İDMAN


UEFA Avropa Liqası: “Milan” və “Tottenhem” növbəti mərhələyə yüksəlib

Bakı, 4 dekabr, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib.

AZƏRTAC xəbər verir ki, başa çatan 12 oyundan sonra daha 7 komanda səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Növbəti mərhələyə vaxtından əvvəl “Milan”, “Braqa”, “Lill”, “Tottenhem”, “Antverpen”, “Dinamo” və “Srvena Zvezda” pley-offa vəsiqə qazanıblar.

Günün digər erkən başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

G qrupu

AEK (Yunanıstan) - “Braqa” (Portuqaliya) - 2:4;

“Zarya” (Ukrayna) - “Lester” (İngiltərə) - 1:0.

Xal durumu: “Lester” - 10, “Braqa” - 10, “Zarya” - 6, AEK - 3

H qrupu

“Lill” (Fransa) - “Sparta” (Praqa, Çexiya) - 2:1;

“Milan” (İtaliya) - “Seltik” (Şotlandiya) - 4:2.

Xal durumu: “Lill” - 11, “Milan”- 10, “Sparta” - 6, “Seltik” - 1

I qrupu

“Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1;

“Sivasspor” (Türkiyə) - “Vilyarreal” (İspaniya) - 0:1.

Xal durumu: “Vilyarreal” - 13, “Makkabi” - 8, “Sivasspor” - 6, “Qarabağ” - 1

J qrupu

LASK (Avstriya) - “Tottenhem” (İngiltərə) - 3:3;

“Antverpen” (Belçika) - “Lüdoqorets” (Bolqarıstan) - 3:1.

Xal durumu: “Antverpen” - 12, “Tottenhem” - 10, LASK - 7, “Lüdoqorets” - 0

K qrupu

MOİK (Moskva, Rusiya) - “Volfsberq” (Avstriya) – 0:1;

“Feyenoord” (Niderland) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2.

Xal durumu: “Dinamo” - 11, “Volfsberq” - 7, “Feyenoord” - 5, MOİK - 3

L qrupu

“Gent” (Belçika) - “Slovan” (Liberec, Çexiya) - 1:2;

“Srvena Zvezda” (Serbiya) - “Hoffenhaym” (Almaniya) - 0:0.

Xal durumu: “Hoffenhaym” - 13, “Srvena Zvezda” - 10, “Slovan” - 6, “Gent” - 0.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Roma”, İngiltərənin “Arsenal”, “Lester” və Almaniyanın “Hoffenhaym” komandaları növbəti mərhələyə yüksəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.