İDMAN
UEFA Avropa Liqası: “Qarabağ” komandası “Olimpiakos”u 3 cavabsız qolla məğlub edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub.
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada “Qarabağ” komandası 3:0 hesablı qələbə qazanıb.
Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyunda Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edib. Görüş Almaniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 9 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 6 xalla ikinci, “Nant” isə 3 xalla üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]