İDMAN


UEFA Avropa Liqasının Bakıdakı finalı üçün bilet satışı prosesinin başa çatmasına səkkiz gün qalıb

Bakı, 14 mart, AZƏRTAC

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa bilet satışı prosesinin başa çatmasına səkkiz gün qalıb.

AZƏRTAC xəbər verir ki, martın 21-dək davam edəcək müraciət mərhələsində hər kəs europaleague.tickets.uefa.com linkinə daxil olaraq şəxsi hesabını yaratmalıdır. Daha sonra bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla dörd bilet ala bilər.

Dörd kateqoriya üzrə təqdim edilən biletlərin qiyməti müvafiq olaraq 140, 90, 50 və 30 avrodur. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid edilərək 30 avro dəyərindədir. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək. Gənclər üçün təqdim olunacaq paketin qiyməti 60 avrodur. Bu paketə ikinci kateqoriyalı iki bilet (biri böyük, biri isə 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet) daxildir. Bundan başqa, 400 ədəd gənclər paketi (800 bilet) də satışda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.