İDMAN


UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə “Fənərbağça” – “Zenit” oyunu ilə start veriləcək

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də UEFA Avropa Liqasının onaltıda bir final mərhələsinə “Fənərbağça” – “Zenit” oyunu ilə start veriləcək.

AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Komandalar oyuna tam heyətlə çıxa biləcəklər. Belə ki, hər iki komandanın heyətində zədəli və ya cəzalı futbolçular yoxdur.

Çexiyanın “Slaviya”, Fransanın “Bordo” və Danimarkanın “Kopenhagen” klubları ilə C qrupunda mübarizə aparan “Zenit” qrup lideri kimi pley-offa vəsiqə qazanıb.

İstanbul təmsilçisi isə D qrupunun ikincisi kimi növbəti mərhələdə oynamaq şansı qazanıb.

Bu komandalar arasında cavab oyunu fevralın 21-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.