İDMAN


UEFA Budapeştin futbol stadionunda tamaşaçılarla eksperiment aparacaq

Budapeşt, 16 sentyabr, AZƏRTAC

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Budapeştdə superkubokun oyununa tamaşaçıların eksperimental şəkildə buraxılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də keçiriləcək oyunda Avropa Liqasının mükafatçısı “Sevilya” Çempionlar Liqasının qalibi “Bavariya” ilə qarşılaşacaq. Macarıstanın ən iri stadionlarından biri olan “Puşkaş Arena”da keçiriləcək oyunda stadionun tamaşaçı tutumunun 30 faizi qədər azarkeş iştirak edəcək.

UEFA-nın bəyanatında deyilir ki, bu, təşkilatın oyuna qayıdış protokoluna tamaşaçıların təsirini dəqiq öyrənməyə imkan verəcək.

Xatırladaq ki, Ferents Puşkaş adına köhnə stadionun yerində ötən il açılan yenilənmiş və genişləndirilmiş “Puşkaş Arena” 68 min tamaşaçı tutur.

UEFA-nın Superkuboku, müəyyən mənada, Budapeştdə tamaşaçıların tribunalara qayıtmasının nəticələrini öyrənməyə imkan verən pilot layihə olacaq.

UEFA-nın digər oyunları növbəti xəbərdarlığa qədər tamaşaçısız keçiriləcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.