İDMAN
UEFA Çempionlar Liqası: Azərbaycan və Macarıstan çempionları fasiləyə heç-heçə ilə yollanıblar
Bakı, 3 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçında birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb.
Matçda hesabı Macarıstan çempionu açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Frank Boli fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.
Qarşılaşmanı isveçli baş hakim Andreas Ekberq idarə edir.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.