İDMAN


UEFA Çempionlar Liqası: “Mançester siti” və “Yuventus” dörddəbir finalda

Bakı, 8 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasının səkkizdəbir finalında mübarizə aparan beş ingilis klubundan ikisi növbəti mərhələyə adlayıb.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən iki cavab qarşılaşmasında “Yuventus” və “Mançester siti” komandaları dörddəbir finala vəsiqə qazanıblar. İlk oyunda “Bazel”ə səfərdə 4:0 hesabı ilə qalib gələn “şəhərlilər” doğma meydanda gözlənilmədən məğlubiyyətə uğrayıblar - 1:2. Lakin səfərdə qazanılan böyük hesablı qələbə “Mançester siti”nin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edib. “Tottenhem” isə “Yuventus” səddini keçə bilməyib - 1:2 (2:2).

Xatırladaq ki, dünən keçirilən iki oyundan sonra “Real Madrid” və “Liverpul” dörddəbir finala yüksəlib.

Səkkizdəbir finalın digər dörd cavab qarşılaşması gələn həftə oynanılacaq. Martın 13-də “Mançester Yunayted” – “Sevilya” (ilk oyun 0:0) və “Roma” – “Şaxtyor” (1:2), martın 14-də isə “Beşiktaş” – “Bavariya” (0:5) və “Barselona” – “Çelsi” (1:1) oyunlarında qalan dörd vəsiqənin sahibi müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.