İDMAN


UEFA Çempionlar Liqası: “Yuventus” səfərdə məğlub olub

Bakı, 18 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 18-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması oynanılıb.

AZƏRTAC xəbər verir ki, mərhələnin ikinci oyun günündəki görüşlər Portuqaliyada və İspaniyada təşkil olunub.

Günün ən gözlənilməz hesabı "Draqau" stadionunda qeydə alınıb.

"Porto" öz meydanında "Yuventus" (İtaliya) komandasını 2:1 hesabı ilə məğlub edib. Bu oyunda “Porto”nun hər iki qolu hissələrin ilk dəqiqələrində vurulub. Mehdi Taremi (1) və Mussa Mareqa (46) fərqləniblər.

Turin təmsilçisinin heyətində yeganə qoluna Federiko Kiyeza imza atıb.

Günün ikinci qarşılaşmasında Almaniyanın "Borussiya Dortmund" komandası səfərdə "Sevilya"nın qonağı olub. Görüş Dortmund təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Borussiya"nın heyətində Erlinq Haland (2) və Mahmud Daxud, “Sevilya”nın isə Suso və Lyuk De Yonq fərqləniblər.

Bu komandaların arasında cavab görüşləri martın 10-da oynanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.