İDMAN
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub
AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin “Beşiktaş” komandası İngiltərədə “Arsenal” kollektivinin qonağı olub. Türkiyə təmsilçisi səfərdəki görüşdə 0:1 hesabı ilə məğlub olaraq turniri tərk edib.
Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran Avstriyanın “Zaltsburq” komandası səfərdə İsveçin “Malmö” klubu ilə qarşılaşıb. Avstriya komandası evdə qazandığı üstünlüyü səfərdə qorumağa çalışsa da, buna nail ola bilməyib və 0:3 hesabı ilə uduzub.
“Ludoqorets” (Bolqarıstan) - “Styau” (Rumıniya) komandasını 1:0 hesabı ilə məğlub etdiyindən oyunda əlavə vaxt təyin edilib. Penalti seriyasında daha dəqiq olan Bolqarıstan komandası qrup mərhələsində oynamaq imkanı qazanıb.
Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: “Bayer Leverkuzen” (Almaniya) - “Kopenhagen” (Danimarka) 4:0, “Atletik Bilbao” (İspaniya) - “Napoli” (İtaliya) 3:1.
Qruplarda mübarizə aparacaq 32 komandanın hər birinin rəqibi avqustun 28-də Monakoda keçiriləcək püşkatmadan sonra məlum olacaq.