İDMAN


UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin IV turuna start verilib

Bakı, 25 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi, H qrupunda mübarizə aparan “Başakşəhər” komandası ötən tur İstanbulda 2:1 hesabı ilə qalib gəldiyi “Mançester Yunayted” klubuna bu dəfə səfər matçında 4:1 hesabla məğlub olub.

Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

“Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2;

“Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2.

Qrupda vəziyyət: “Çelsi” - 10, “Sevilya” - 10, “Krasnodar” - 1, “Renn” - 1.

F qrupu

“Latsio” (İtaliya) - “Zenit” (Rusiya) - 3:1;

“Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) - 3:0.

Qrupda vəziyyət: “Borussiya” - 9, “Latsio” - 8, “Brügge” - 4, “Zenit” - 1

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) - 0:4;

“Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan) - 2:1.

Qrupda vəziyyət: “Barselona” - 12, “Yuventus” - 9, “Dinamo” - 1, "Ferensvaroş" - 1

H qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Başakşəhər” (Türkiyə) - 4:1;

“Paris Sen-Jermen” (Fransa) - “Leypsiq” (Almaniya) - 1:0.

Qrupda vəziyyət: “Mançester Yunayted” - 9, “Leyptsiq” - 9, “Paris Sen-Jermen” - 3, “Başakşəhər” - 3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.