İDMAN


UEFA Millətlər Liqası: Lüksemburq - Azərbaycan oyunu başlayıb

Bakı, 17 noyabr, Nicat Məmmədov, AZƏRTAC

UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən Lüksemburq-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Lüksemburqun "Jozi Bartel" stadionunda keçirilən qarşılaşmada Azərbaycan milli komandasının start heyətində meydana Şəhruddin Məhəmmədəliyev, Anton Krivotsyuk, Amin Sevdiyev, Bədavi Hüseynov, Azər Salahlı, Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəlimov, Ramil Şeydayev və Mahir Əmrəli çıxıblar.

Lüksemburq seçməsinin ilk onbirliyində isə Ralf Şon, Aldin Skenderoviç, Lars Jerson, Enes Maxmutoviç, Loran Yans, Leandru Barreyru Martinş, Danel Sinani, Maykl Pintu, Vensan Til, Moris Devil və Edvin Muratoviç yer alıblar.

Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Oyunun əsas referisi Referi Feliks Tsvayerdi yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüllerdir. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirir.

Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizendir.

Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Hazırda 5 xalla 3-cü sırada yer alan milli qrupdan çıxma şansını itirib. Komanda 4 xalla sonuncu yerdə qərarlaşan Kipr seçməsi ilə C Liqasında qalmaq uğrunda mübarizə aparır. Lüksemburq isə 9 xalla 2-ci pilləni tutur.

Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaq. Lüksemburqda isə Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxacaqlar. Zədəli Leandro Barreyronun meydana çıxması isə sual altındadır.

Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.

Millimizin yer aldığı qrupun digər oyununda Monteneqro seçməsi Kipr yığmasını qəbul edir.

Qeyd edək ki, komandamız Lüksemburqa səfərin ilk gündən qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.

Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.

Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.