ELM VƏ TƏHSİL


UFAZ-da “Açıq qapı” günü

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideynləri üçün “Açıq qapı” günü keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və baş katibi Şarlotta Payen, Fransanın Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və UFAZ-da fizika fənni üzrə ekspert Filip Turek və Renn 1 Universitetinin professoru, UFAZ-da neft-qaz ixtisası üzrə məsul şəxs Fransuaza Le Quen iştirak ediblər.

Tədbirdə UFAZ-ın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub və direktor Vazeh Əsgərovun universitet haqqında təqdimatı dinlənilib.

Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-a qəbul prosesi və təhsil müəssisəsində tədris proqramları barədə ətraflı məlumat verib.

UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.

Qeyd edək ki, UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, intensiv fransız dili dərsləri keçirilir. Tədris fransız proqramı əsasında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.