ELM VƏ TƏHSİL


UFAZ ilə “Alstom” və “Schlumberger” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, Strasburq Universitetinin Kimya fakültəsinin direktoru Jean-Marc Planeix, Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva, həmçinin tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan UFAZ-ın direktoru, dosent Vazeh Əskərov rəhbərlik etdiyi universitet haqqında məlumat verib.

Sonra UFAZ-ın Baş katibi Şarlotta Payen görüşün məqsədi və əhəmiyyətindən danışıb.

Daha sonra “Alstom” və “Schlumberger” şirkətləri ilə UFAZ, eləcə də MEDEF ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası arasında rəsmi anlaşma memorandumu imzalanıb.

İmzalanmadan sonra MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö “Fransada aparıcı sahibkarlıq şəbəkəsi” mövzusunda çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.