SİYASƏT
UKRAYNADA YAŞAYAN SOYDAŞLARIMIZ RAMAZAN AYI İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRİRLƏR
Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə müqəddəs Ramazan ayında Kiyevdə və ölkənin digər vilayətlərində iftar süfrələri açılır, dini ayinlər oxunur, kimsəsizlərə, ehtiyacı olanlara yardımlar göstərilir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 28-də Zəngilan rayonunun işğalının ildönümünə həsr edilmiş mərasimlərdə şəhidlərimizin xatirəsi anılmış, onların ruhuna dualar oxunmuşdur.
Oktyabrın 29-dan noyabrın 1-dək davam edəcək digər tədbirlərdə ayinlərimizin düzgün yerinə yetirilməsini təmin etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri Kiyevə ezam olunmuşlar.
Soydaşlarımız Ukraynada yaşayan azsaylı xalqların bu günlərdə keçirilən ikinci məclisinin işində fəal iştirak etmişlər.