UKRAYNALI QULLİVER

AZƏRTAC-ın Kiyevdən aldığı xəbərə görə, Jitomir vilayətinin Podolyansı kəndinin sakini, boyu 2 metr 53 santimetr olan Leonid Stadnik dünyanın ən ucaboylu adamı sayıla bilər. Onun Ginnesin rekordlar kitabına düşmək ehtimalı vardır.

Adi mənzilə çətinliklə sığışan Leonid 61 ölçülü ayaqqabı geyinir. Ukraynalı “Qulliver”in dediyinə görə, uşaqlıqda boyu balaca olduğu üçün məktəbdə birinci partanın arxasında oturarmış. Sonradan “mayalı xəmir“ kimi şişməyə başlayıb. Ömrü boyu ona istehza edənlər çox olsa da, heç kəsi doyməyib. Həkimlər müəyyən etmişlər ki, Stadnikin boyunun durmadan artmasının səbəbi daxili sekresiya vəzisinin zədələnməsi olmuşdur.

Boyu həddən artıq uca olduğu üçün şəhər nəqliyyatından və minik avtomobilindən istifadə edə bilməyən Stadnik yaşadığı kənddən ildə cəmi bir dəfə çıxa bilir.

Hazırda dünyada rəsmi qeydiyyatdan keçmiş ən ucaboy adam Stadnikdən 20 santimetr balacadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.