SİYASƏT


UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏT PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyevdəki baş ofisində bu təşkilatın idarə heyətinin yeni ildə ilk geniş iclası keçirilmişdir.

İclasın əvvəlində toplaşanlar dünya azərbaycanlılarının ümummilli lideri, xalqımızın dahi oğlu Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra Konqresin sədri Oqtay Əfəndiyevin görülmüş işlər barədə hesabatı dinlənildi. UAK-ın 2003-cü ildəki fəaliyyəti qənaətbəxş sayıldı. İclasda Konqresin yeni ildə strategiyası və taktikası da müəyyən edildi. Ölkəmizin tarixində ən faciəli günlərdən biri olan Xocalı soyqırımının ildönümünün Ukraynada qeyd edilməsinə fəal hazırlığın vacibliyi xüsusi qeyd olundu.

UAK sədrinin müavini Akif Gülməmmədov Azərbaycanın ümummilli lideri, ukraynalıların səmimi dostu Heydər Əliyevin xatirəsini Ukraynanın diasporumuz yaşayan bütün bölgələrində əbədiləşdirmək məqsədi ilə Heydər Əliyev muzeylərinin açılmasına, küçə və parklara onun adının verilməsinə yardım edilməsi təklifini irəli sürdü.

Ukraynadakı Azərbaycan diasporunun həyatını uğurla işıqlandırdığına görə jurnalist Qadir Aslan UAK-ın fəxri fərmanı ilə təltif edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.