DÜNYA
UKRAYNA BAŞ PROKURORLUĞU RÜŞVƏTXORLUQLA MÜBARİZƏDƏ TƏLƏBƏLƏRDƏN KÖMƏK İSTƏMİŞDİR
Baş Prokurorluğun mətbuat xidmətinin başçısı Sergey Rudenko demişdir: ”Ölkənin bütün vilayətlərində aparılan yoxlamalar göstərmişdir ki, rüşvətxorluq ali məktəblərdə, texnikumlarda və hətta ümumtəhsil məktəblərində geniş yayılmışdır.Təhsil müəssisələrində bu bəla ilə mübarizənin uğuru 90 faiz tələbələrin, abituriyentlərin və onların valideynlərinin rüşvət toplamaq əvəzinə, kömək üçün prokurorluğa və milisə müraciət etmələrindən asılıdır”.
Bu günlərdə Donetsk vilayət prokurorluğu Makeyevka şəhərindəki İqtisad-Humanitar İnstitutunun hüquq və psixologiya fakültəsinin rüşvətxorluqda təqsirləndirilən dekanı ilə bağlı ilk cinayət işini məhkəməyə göndərmişdir. Dekan tələbələrin sayəsində ifşa olunmuşdur. İstintaq zamanı məlum olmuşdur ki, o, imtahan və zaçotlar üçün tələbələrdən rüşvət tələb edirmiş. Rüşvətxordan 5,5 min dollardan çox pul müsadirə olunmuşdur.