ELM VƏ TƏHSİL
ULU ÖNDƏRİMİZƏ HƏSR EDİLMİŞ ƏSƏRLƏRDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sərginin açılışında universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək müstəqil dövlətçiliyimizin yaranmasında və inkişafında xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. O demişdir ki, dahi şəxsiyyət Heydər Əliyev həyatını, fəaliyyətini Vətənə və xalqa həsr etmiş, özü haqqında memuar yazmağa vaxtı olmamışdır. Hesab edirik ki, ulu öndərimiz haqqında xalq öz xatirələrini yaradacaqdır. Müəllim və tələbələrimizin burada nümayiş etdirilən əsərləri onun haqqında xalq xatiratlarının bir hissəsidir.
Çıxış edən natiqlər sərgidəki əsərləri yüksək dəyərləndirmiş, ulu öndərimiz haqqında gələcəkdə də yeni-yeni maraqlı əsərlər yaradılacağına əmin olduqlarını bildirmişlər.