ELM VƏ TƏHSİL
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Ulu öndərimizin əziz xatirəsi dərin ehtiramla yad olunmuş, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənmişdir.
Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videofilm nümayiş etdirilmişdir.
Universitetin prorektoru Niftəli Qocayev dahi rəhbərimiz Heydər Əliyevin xalqımızın tarixində, müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən danışmış, onun nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl və əzmlə həyata keçirildiyini diqqətə çarpdırmışdır.
Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən Türkiyə ilə Azərbaycanın mehriban dostluq və qardaşlıq əlaqələrindən, bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan bəhs etmişdir.
Azərbaycanda Gender Mərkəzinin əlaqələndiricisi Lidiya Rəsulova, Milli Məclisin deputatı Elmira Axundova, Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Dilrubə Camalova dahi rəhbərimiz Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin, incəsənətimizin tərəqqisinə, yüksək ixtisaslı, bacarıqlı milli kadrların hazırlanmasına daim böyük önəm verdiyini vurğulamış, onun zəngin siyasi irsinin nəsillərə ən layiqli örnək olduğunu söyləmişlər.
Natiqlər ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevi yekdilliklə dəstəklədiklərini bildirmişlər.