RƏSMİ XRONİKA
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 11-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Rumıniyanın dövlət başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Prezident Trayan Besesku görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə də gül dəstəsi qoydu.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi.