ELM VƏ TƏHSİL
UNEC İsveçrənin elmi-tədqiqat institutları ilə əməkdaşlığa başlayır
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İsveçrənin elmi-tədqiqat institutları ilə əməkdaşlığa başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə UNEC-in nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) İsveçrə səfirliyinin birinci katibi Simone Haeberli və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SECO) nümayəndələri ilə görüşdə danışılıb.
İAETİ-nin direktoru, professor Yadulla Həsənli UNEC-də həyata keçirilən yeniliklər, o cümlədən elmi-tədqiqat yönümlü universitet olmaq yolunda reallaşdırılan yeniliklər haqqında məlumat verib. Y.Həsənli, eyni zamanda, institutun elmi potensialından söz açıb, burada aparılan tədqiqat və maraq göstərdiyi araşdırma sahələrindən bəhs edib.
Sonda UNEC-lə SECO arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, İsveçrənin aidiyyəti institutları ilə birgə tədqiqatların aparılması imkanları nəzərdən keçirilib.