ELM VƏ TƏHSİL


UNEC Pakistanın aparıcı təhsil qurumları ilə əməkdaşlıq edəcək

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Pakistanın aparıcı təhsil qurumlarının professorları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilmısi məqsədilə onlayn görüş keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüş Pakistanın ölkəmizdəki səfiri Bilal Hayenin təşəbbüsü ilə reallaşıb.

Səfirin rektor Ədalət Muradovla görüşü zamanı hər iki dövlət arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qardaş Pakistanın tanınmış professorları ilə UNEC alimlərinin bir araya gəlməsi və ortaq elmi fəaliyyətlərin həyata keçirilməsi barəsində razılıq əldə olunub.

Görüşdə UNEC-in aidiyyəti struktur rəhbərləri öz sahələri üzrə pakistanlı alimlərlə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Birgə konfranslar, elmi məqalələrin çap edilməsi, qrant proqramlarında iştirak, müəllimlərin tədrisə cəlb olunması, ortaq tədqiqatların aparılması və s. kimi məsələlər görüşün əsas müzakirə istiqamətləri olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.