ELM VƏ TƏHSİL


UNEC alimlərinin məqaləsi “Scopus”da

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları kafedrasının müəllimləri, dosent Aida Quliyeva və Ülviyyə Rzayevanın həmmüəllifi olduqları elmi məqalə ən böyük istinad bazası kimi tanınan “Scopus”a daxil olan jurnalda dərc edilib.

“Qlobal təhlükəsizlik və iqtisadi asimmetriya: inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin müqayisəsi” adlı tədqiqat işinin dərc olunduğu jurnal “Journal of security and sustainability issues” adlanır.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, alimlər məqalədə enerji ixracından asılı ölkələrə təsir göstərən qlobal asimmetriyanı nəzərdən keçirib, neft və neft məhsulları satışından əldə edilən gəlirlərin azalması şəraitində bu asimmetriyadan çıxış yollarını araşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.