ELM VƏ TƏHSİL


UNEC-də Elm Gününə həsr olunan virtual sərgi keçirilir

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart - Elm Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə UNEC alimlərinin elmi nailiyyətlərinə dair müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrlər haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.