ELM VƏ TƏHSİL


UNEC-də elmi tədqiqatların prioritetləri müzakirə edilib

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetmənin bütünlüklə onlayn sistemə keçməsi ilə əlaqədar bütün strukturlar öz fəaliyyətlərini distant formada davam etdirir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubovun rəhbərliyi ilə elm blokuna daxil olan bölmələrin rəhbərləri və əməkdaşları ilə onlayn iclas keçirilib. İclasda Elmi fəaliyyətin təşkil və idarə edilməsi departamentinin, Doktorantura şöbəsinin, Kitabxana informasiya mərkəzinin, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun gələcək fəaliyyət planları və digər məsələlər müzakirə edilib. Yeni qəbul olunan doktorant və dissertantların növbəti aylarda hansı tələbləri yerinə yetirmələri barədə fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin UNEC-in onlayn idarəetmə rejiminə keçməsi ilə əlaqədar tələbə və müəllim heyəti üçün kitabxana xidmətini operativləşdirmək məqsədilə elektron kitabxananın oxucuların istifadəsinə təqdim edilməsi, fənlərin tədris vəsaitlərinin elektron versiyalarının yaradılaraq, tələbələrin şəxsi kabinetinə və ya elektron kitabxanaya yerləşdirilməsi, eləcə də universitetin istifadə etdiyi məlumat bazalarına evdən girişin təmin edilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.