ELM VƏ TƏHSİL


UNEC-də fakültələrin inkişaf strategiyaları barədə müzakirələr aparılır

Bakı, 7 yanvar, AZƏRTAC

UNEC-in beynəlxalq aləmdə nüfuzunun artırılması, rəqabətqabiliyyətliliyinin daha da yüksəldilməsi məqsədilə fakültə dekanları ilə görüşlərə start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşlərdə fakültə dekanları tədrisin təşkilində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, tədris materialları ilə təchizatın daha da yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış edib, gələcək inkişaf strategiyalarını açıqlayıblar.

Görüşlərdə bildirilib ki, UNEC-in əldə etdiyi uğurların qorunub saxlanılması, yeni nailiyyətlərin qazanılması, dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom proqramlarının sayının artırılması, xaricdə fəaliyyət göstərən professorların tədrisə cəlb edilməsi, universitetdə əcnəbi tələbələrin sayının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yüksək bal toplayan abituriyentlərin UNEC-ə cəlb olunması məqsədilə fakültələr üzrə tədbirlər planının hazırlandığı, hər il olduğu kimi, bu il də abituriyentlərlə görüşlərin keçiriləcəyi və canlı yayımların təşkil olunacağı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.