ELM VƏ TƏHSİL


UNEC-də maliyyə və vergi uçotunun fərqli xüsusiyyətləri təhlil olunub

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının təşkilatçılığı ilə “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda elmi seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, kafedranın müdiri professor Əvəz Ələkbərovun rəhbərliyi ilə keçirilən seminarda kafedranın müəllimi, mühasibat ixtisasının rəhbəri Aynurə Hacıyeva “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi cari vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, maliyyə uçotu ilə vergi uçotunun fərqli xüsusiyyətlərini yaradan səbəblər, təxirə salınmış vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, vergitutmada xərclərin xarakteristikasının fərqlərə təsiri barədə məlumat verib. Həmçinin mövzu ilə əlaqədar elmi-tədqiqatların və dissertasiya araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.