ELM VƏ TƏHSİL


“UNEC-i tanı” layihəsi abituriyentlərə ixtisas seçimində dəstək olur

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlərə ixtisas seçimində dəstək olmaq məqsədilə “UNEC-i tanı” layihəsi davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10-dan 17-dək əsas tədris binasında (İstiqlaliyyət, 6), I və V ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər isə hər həftənin cümə axşamı saat 10-dan 17-dək 3-cü tədris binada (Murtuza Muxtarov, 194) “Abituriyent məlumat mərkəzinə” yaxınlaşa bilərlər.

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi feysbuk səhifəsinə, eləcə də 1846 “Qaynar xətt”inə onları maraqlandıran suallarla müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.