ELM VƏ TƏHSİL


UNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olunub

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazğan və TUDİFAK-ın yeni dekanı Həyati Bəşirli ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor universitetin ölkənin Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsi olduğunu, TUDİFAK-ın keyfiyyətli təhsil və tədris ilə hər zaman öndə yer tutduğunu, fakültədə yerli müəllimlərlə yanaşı, Türkiyədən dəvət olunan professorların tədrisə cəlb edildiyini, yeni tədris ilində 8 gənc müəllimin də TUDİFAK-da pedaqoji fəaliyyətə başladığını vurğulayıb.

O, UNEC-də Avropanın aparıcı universitetləri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının reallaşdırıldığını, Türkiyə universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını, gələcəkdə TUDİFAK bazasında türk dünyası üçün iqtisadçı kadrlar yetişdirən universitetin yaradılmasının UNEC-in strateji hədəfləri sırasında olduğunu nəzərə çatdırıb.

Həyati Bəşirli türk dilində yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması istiqamətində yeni nailiyyətlərə imza atılacağına əmiliyini ifadə edib.

Görüşdə Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsi, türk dilində dərsliklərin alınması və digər mövzularda fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.