ELM VƏ TƏHSİL


UNEC-in Zaqatala filialının 5 illiyi qeyd olunub

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 5 illiyinə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov UNEC-in rektoru, professor Ədalət Muradovun təbrikini filialın professor-müəllim heyətinə çatdırıb. Təbrikdə filialın 5 il ərzində əldə etdiyi nailiyyətlər vurğulanıb.

Zaqatala Rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Vəfa Süleymanova filialın regionların sosial-iqtisadi inkişafı üçün yüksəkixtisaslı kadrlara olan tələbatın təmin etmək, bölgələrdə yaşayan gənclərin keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə yaradıldığını diqqətə çatdırıb.

Tədbirdə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, direktor müavini, dosent Həqiqət Qədimova, Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev çıxış ediblər. Çıxışlarda təhsil ocağının beş il ərzində gördüyü işlər qeyd olunub və hədəflər diqqətə çatdırılıb.

Sonra “UNEC-in Zaqatala filialının ölkənin şimal-qərb regionunun inkişafında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransın bölmələrinə dosent Həqiqət Qədimova və Səfər Razıyev moderatorluq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.