Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

UNEC-in professoru: Azərbaycanın kənd təsərrüfatında son 10 ildə aparılmış islahatlar öz bəhrəsini verməkdədir

UNEC-in professoru: Azərbaycanın kənd təsərrüfatında son 10 ildə aparılmış islahatlar öz bəhrəsini verməkdədir

Bakı, 9 avqust, AZƏRTAC

Son 10 ildə (2010-2020) Azərbaycanın aqrar sektorunun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar, görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru İrşad Kərimli bildirib. Professor deyib: “Nəzərə alınmalıdır ki, kənd təsərrüfatı sahəsində görülmüş işlərdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr də mühüm rol oynayıb. İlk növbədə, kənd təsərrüfatının dinamik və davamlı inkişafını təmin etmək üçün regionlarda əsaslı və mərhələli tədbirlər görülür, yeni texnikalar alınır, suvarma sistemləri qurulur, fermer və kəndli təsərrüfatlarının fəaliyyətinə stimul verən addımlar atılır. Əkinçilik və heyvandarlıq məhsulları istehsalını artırmaq üçün intensiv metodların tətbiqi, yeni toxum sortlarının əldə olunması, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış kanallarının qurulması, fermerlərə subsidiyaların verilməsi kimi görülmüş işlər diqqəti daha çox cəlb edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində kənd təsərrüfatının inkişafının həmişə diqqət mərkəzində olacağı barədə deyib: “Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var”.

Regionların inkişafına dair dövlət proqramlarının uğurla icrası nəticəsində qeyd edilən illər ərzində ölkədə 51-dən çox aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bütün aqroparkların əhatə etdiyi sahə 200 min hektara yaxındır. Yalnız bağçılığın inkişafına dövlət dəstəyi çərçivəsində 6 min 584 hektar sahədə 25 bağçılıq və tingçilik təsərrüfatlarına 45,5 milyon manat güzəştli kredit verilib. Ölkədə 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait xərclənib. Aqroparkların istehsal etdiyi məhsullar hazırda 1 milyard manata yaxındır. Təsadüfi deyil ki, son iki ildə kənd təsərrüfatı istehsalı orta hesabla 4,6 faiz artıb.

2010-2020-ci illərdə Azərbaycanın kənd təsərrüfatı sahəsində görülmüş işlər və əldə olunan nəticələr istiqamətində qazanılan uğurlar sahənin ayrı-ayrı məhsullar və məhsul qrupları üzrə ixrac potensialının formalaşmasında və reallaşmasında öz əksini tapıb. Əsasən 2015-ci ildən başlayaraq pambıq lifinin, fındığın, süd məhsullarının, pomidorun, xurmanın, narın, almanın, şəkərin ixracı sürətlə artmağa başlayıb və ölkəyə kifayət qədər valyuta gətirib. Təkcə 2017-2018-ci illərdə orta hesabla pambıq lifinin ixracı 700 faiz, süd məhsullarının ixracı 260 faiz, alma ixracı 144 faiz, nar ixracı 125 faiz artıb. Qısa zaman kəsiyində belə artım olduqca yaxşı göstəricilərdir. Daha yaxşı göstərici isə iqtisadi və sosial səmərəni ifadə edən göstəricidir. Bu da sözsüz ki, ixracdan əldə olunan valyuta gəlirləri ilə bağlıdır.

Qeyd edilən illər ərzində kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı ölkəmizə daxil olan valyuta gəlirləri bütün illər üçün uğurlu olub. Lakin nisbətən daha uğurlu il 2016-ci ildən başlayıb və indiyədək davam edir. Belə ki, yalnız 2016-cı ildə ölkəmizə valyuta gətirən kənd təsərrüfatı məhsulları sırasında birinci yerdə fındıq olub və 105 milyon valyuta gətirib. Həmin ildə 94 milyon dollar dəyərində pomidor, 68 milyon dollar xurma, 62 milyon dollar şəkər ixrac edilib. Yalnız pambıq bir ildə ölkəmizə 24 milyon dollar valyuta gətirib.

Nəzərə almalıyıq ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının təbii və iqtisadi resursları zəngindir, onların ixrac potensialı çox güclüdür. İşğaldan azad olunan Qarabağ regionunun münbit torpaqları, Araz çayının Azərbaycan ərazisi ilə bağlı sahil torpaqları kənd təsərrüfatı məhsulları istehsalını və ixracını sürətlə artırmağa daha çox imkan verəcək. Bunu şəkər çuğunduru istehsalına da aid etmək olar. Belə ki, rəsmi məlumatlarda qeyd edildiyi kimi Azərbaycanda şəkər istehsalı üçün ilkin xammal olaraq müəyyən həcmdə şəkər qamışı xaricdən gətirilir. Əgər şəkər istehsalı üçün ilkin xammal olan şəkər çuğunduru şəkər istehsalının tələb etdiyi həcmdə ölkəmizdə istehsal edilsə həmin xammal xaricdən deyil, ölkəmizin daxili imkanlarımız hesabına tam təmin edilər. Bununla da Azərbaycanın şəkər zavodunun şəkər istehsalı üçün xaricdən xammal gətirməyə ehtiyacı qalmaz və yuxarıda qeyd etdiyimiz şəkər satışından əldə edilən 62 milyonun hamısı ölkəmizdə qalar. Yəni rəsmi sənədlərdə qeyd edildiyi kimi ölkəmiz həmin xammalın idxalına valyuta vəsaiti də ayırmaz.

Son 10 il ərzində (2010-2020) kənd təsərrüfatı sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr Azərbaycana imkan verir ki, dünyada gərginləşən ərzaq təhlükəsizliyi probleminin daha da kəskinləşməsi, regional münaqişələrin sərhədlərinin daha da genişlənməsi, təbii fəlakətlərin intensivləşməsi nəticəsində miqrasiya axınının güclənməsi şəraitində öz dövlətini və əhalisini kənd təsərrüfatı və qida məhsulları ilə təminatını həyata keçirə bilsin.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətini qiymətləndirərək deyib: “Mən kənd təsərrüfatına sərmayənin qoyulması istiqamətində qəti mövqeyinə, 2016-2020-ci illəri əhatə edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində məhsuldar əməkdaşlığa, kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə dəstək verilməsinə görə Azərbaycan Prezidentinə və hökumətinə, İDEA İctimai Birliyinə təşəkkürümü bildirirəm”.

Bəli həqiqət belədir. Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət lazım olan şəraiti yaradır, nəinki maddi və habelə hüquqi və təşkilati dəstək verir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO