ELM VƏ TƏHSİL
UNEC-in rektoru canlı yayımda abituriyent və valideynlərin suallarını cavablandıracaq
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Facebook”da canlı yayıma qoşulacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov canlı yayımda abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları, xüsusi təqaüdlər, təhsil haqları və digər mövzularda suallarını cavablandıracaq.
Canlı yayım iyunun 11-də saat 11:00-da (https://www.facebook.com/fedaznews/) sosial şəbəkə üzərindən təşkil ediləcək. Sualları [email protected] elektron ünvanına göndərmək olar.