ELM VƏ TƏHSİL


UNEC-in tələbələri “Gənc innovasiya menecerləri” layihəsində iştirak hüququ qazanıblar

UNEC-in tələbələri “Gənc innovasiya menecerləri” layihəsində iştirak hüququ qazanıblar

Bakı, 1 fevral, AZƏRTAC

Gənclər Fondunun “İdeyanı reallaşdır” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Gənc innovasiya menecerləri" layihəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri də yer alıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 3 ayı əhatə edəcək layihədə iştirak üçün ali təhsil müəssisələrindən qatılan 120 tələbədən 30-u seçilərək iştirak hüququ qazanıb. Layihədə UNEC-in 10 tələbəsi iştirak edəcək.

Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.