ELM VƏ TƏHSİL


UNEC müəllimi olmaq istəyənlərin nəzərinə

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu ali məktəbin tələbələrinə karyera planlaşdırılması istiqamətində zəruri bilikləri öyrətmək, iş dünyasında xüsusi əhəmiyyətə malik bacarıqlar aşılamaq, şəxsi və peşəkar inkişaf meyarlarını tədris etmək arzusunda olan hər kəsi müəllim kollektivinə qoşulmağa dəvət edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, karyera planlaması, yumşaq bacarıqlar (Soft skills) və sərt bacarıqlar (Hard skilss) fənlərini Azərbaycan, rus, ingilis və türk dillərində tədris edə biləcək şəxslər CV-lərini oktyabrın 19-dək “Karyera” başlığı ilə [email protected] ünvanına göndərə bilər.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Müraciətləri müsbət dəyərləndirilən namizədlərlə əlaqə saxlanılacaq və fərdi müsahibə təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.