ELM VƏ TƏHSİL


UNEC tələbələri “TEKNOFEST”in finalına hazırlaşırlar

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası dünyanın ən mühüm texnologiya festivallarından biri olan “TEKNOFEST”in finalına hazırlıq işlərini davam etdirir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu il 32 ölkənin təmsil olunduğu yarışda UNEC komandası kənd təsərrüfatı texnologiyaları kateqoriyasında universitetlər üzrə ən yüksək nəticəni (84.50 bal) əldə edərək, finala keçən komandalar arasında birinci sırada olub.

Universitetin Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası “TEKNOFEST”də dron ideyasını təqdim edib. Dron vasitəsilə əkin sahələrinin suvarılması və dərmanlanması həyata keçiriləcək, beləliklə, kənd təsərrüfatında az xərclə məhsuldarlığın artırılması mümkün olacaq.

Komandanın kapitanı və layihənin rəhbəri Məhəmməd Rəhimovdur. Komandanın üzvlərindən Əli Bəşirov baş proqramçı, Samir Səfərli baş mühəndis, Samir Məmmədov, İbrahim Məmmədov, Emin Vəlizadə proqramçı, Arif Salmanzadə və Rəşad Qəribzadə isə mühəndis qismində təmsil olunurlar.

Dünyanın ən böyük texnoloji yarışlarından biri olan “TEXNOFEST”in əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.