MƏDƏNİYYƏT


UNESCO-da “Ana Dili günü” münasibəti ilə ölkəmizin videotəqdimatı yayımlanacaq

Paris, 19 fevral, AZƏRTAC

Banqladeşin Fransadakı Səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında fevralın 21-də “Beynəlxalq Ana Dili Günü” qeyd ediləcək.

AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyasına görə virtual formatda keçiriləcək “Ana Dili Günü”ndə Azərbaycanın qurumdakı Daimi Nümayəndəliyi tərəfindən Azərbaycan dilinə həsr edilmiş video təqdim olunacaq.

Videotəqdimatda Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən hazırlanan tədbirdə XII əsrdə yaşayıb yaratmış Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parça səsləndiriləcək.

Daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbaycan dili, onun tarixi və inkişafı haqqında ətraflı məlumat verəcək.

Təqdimatda Azərbaycan rəqsi təqdim olunacaq. “Ana Dili Günü” münasibəti ilə UNESCO yanındakı daimi nümayəndəliklərin videoformatda hazırladıqları təqdimatlar qurumun internet portalında yayımlanacaq.

Daimi nümayəndəliyimiz Azərbaycan dili ilə bağlı hazırladığı fevralın 21-də Bakı vaxtı ilə saat 18:00-də (Paris vaxtı ilə saat 15:00-də) UNESCO-nun portalından yayımlanacaq videotəqdimatı aşağıdakı linkdə izləmək olar: https://www.eventsbangladeshinparis.fr/

Qeyd edək ki, builki “Ana Dili Günü” bayramında 28 ölkə iştirak edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.